Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Fransaya səfər edib. Bu haqda 30 may tarixində idarəyə istinadən məlumat veririk.
Fransanın Strasburq şəhərində “Gənclərin hüquqlara çıxışı” layihəsi çərçivəsində keçirilən 5 günlük beynəlxalq “50/50” təlim-seminar yekunlaşıb. Təlimin əsas məqsədi gənclərin iştirakçılığını, qərarlara təsir və hüquqlara çıxış imkanlarını təşviq etmək, Azərbaycanda gənclər siyasətinin inkişafı üçün milli və yerli səviyyədə müxtəlif tərəflər arasında əməkdaşlığın gücləndirilməsi olub. Burada “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müzakirəsi, yeni “Azərbaycan gəncliyi” Dövlət Proqramı üçün təkliflərin hazırlanması üçün təlim və diskusiyalar baş tutub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Avropa Şurasının İnzibati Binasını ziyarət edib.