Gəncədə bu həftə bir neçə idman tədbiri keçiriləcək. Bu haqda 3 aprel tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.
Nazirlik 3-9 aprel tarixləri üçün tədbir planını paylaşıb. Cədvəldə aşağıdakı yarışlar yer alıb:
- “Sağlam bədəndə sağlam ruh” devizi altında kros qaçışı və gimnastika idman növləri üzrə yarışlar – 4 aprel saat 9:30 (Heydər Əliyev Park Kompleksinin ərazisi);
- Basketbol üzrə universitetlər, kolleclər, peşə məktəbləri və peşə liseyləri arasında “Tələbə sağlamlıq spartakiadası” – 4, 5, 6, 7 aprel saat 12:00 (Gəncə Olimpiya İdman Kompleksi).