Gəncədə maşın qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda 28 iyul tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
Şəhər Baş Polis idarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə şəhər ərazisindən Goranboy rayon sakini D.Quliyevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən həmyerlisi F.Mövlayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.