24.3 C
Gence
23.5 C
Ganja

Gil-torpaq zavodunun işə salınması üzrə işlər görülür

Gəncədə daha bir müəssisənin fəaliyyəti bərpa ediləcək. Bu haqda məlumatı iyulun 19-u Report-a istinadən veririk.

“Azərbaycan Sənaye Korporasiyası” ASC Gəncə Gil-torpaq zavodunun yenidən işə salınması layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması, eləcə də konseptual araşdırma aparılması ilə bağlı iki təkliflər sorğusu elan edib. Hər iki sorğuda iştirak haqqı 500 manatdır.

İştirak etmək istəyənlər təkliflərini avqustun 29-u, saat 17:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14 (“ASK Villa”) ünvanına təqdim edə bilərlər.

Təkliflərə avqustun 30-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.