24.7 C
Gence
24.7 C
Gence

“GenOrators” ingilis dili danışıq klubu yenidən fəaliyyətə başlayıb

Gəncədə gənclər üçün yaradılan danışıq klubu yenidən fəaliyyətə başlayıb. Bu haqda 23 sentyabr tarixində Gənclərin İnkişaf və Karyera mərkəzinə (GİKM) istinadən məlumat veririk.

“GenOrators” ingilis dili danışıq klubu GİKM-in təşkilatçılığı ilə yaradılıb. Burada müxtəlif mövzularda müzakirələr və oyunlar təşkil olunacaq. Yeni mövsümdə ilk dərs bu gün, 23 sentyabr tarixində saat 14:30-da Heydər Əliyev mərkəzində keçiriləcək. Bu həftəki mövzu “Speak about your summer holiday!” (“Öz yay tətilindən danış!”) olacaq.

Qatılmaq istəyən hər kəs ödənişsiz və qeydiyyatsız dərslərə qoşula bilər.

Qeyd edək ki, Gəncə Gənclər Evi 28 May küçəsi, 34 ünvanında yerləşir.

 

Ən Çox Oxunan