Daha öncə işıqlandırdığımız yararsız vəziyyətdə olan yataqxananın təmirinə başlanılıb. Bu haqda Gencexeber.az-ın müxbiri 18 noyabr tarixində məlumat verib.
Yataqxana Adil İsgəndərov küçəsi, 29 nömrəli məktəbə gedən yolda yerləşir. Təmir bərpa işləri mərhələli şəkildə aparılacaq. Əvvəl binaların daxilində, sonra isə xaricində təmir işləri həyata keçiriləcək.
Qeyd edək ki, hal-hazırda sanitar qovşaqlar təmir olunur. Çirkab suları boruları dəyişdirilir.

