5.8 C
Gence
5.8 C
Gence

GDU: yüksək balla universitetə qəbul olan tələbələrlə görüş keçirilib

Yüksək balla Gəncə Dövlət Universitetinə daxil olan tələbələrlə görüş keçirilib. Bu haqda 8 oktyabr tarixində Modern.az-a istinadən məlumat veririk.

Görüş zamanı universitetin rektoru gənclərə tədrisin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitdən danışıb. Tədbirdə Tədris işləri üzrə prorektor, dosent Şahin Xurşudov, Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva və Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov çıxışlarında tələləbə adını qazanan gənclərə təhsillərində uğur arzulayıblar.

Görüşün sonunda gənclərə tələbə bileti və hədiyyələr təqdim edilib.

Ən Çox Oxunan