Gəncə Dövlət Universitetinin komandası futzal yarışlarının növbəti mərhələsinə vəsiqə qazanıb. Bu haqda Təhsil Nazirliyi 14 dekabr tarixində məlumat paylaşıb.
“Zəfər Günü”nə həsr edilmiş futzal yarışlarının play-off mərhələsində 16 ali və orta təhsil müəssisəsinin komandaları mübarizə aparıb. Nəticələrə əsasən, GDU 1/4 finala vəsiqə qazanan 8 komandadan biridir.
Qeyd edək ki, yarış 24 dekabr tarixində başa çatacaq.