24.3 C
Gence
23.5 C
Ganja

GDU-nun tələbəsi anasını bıçaqlayıb

Gəncədəki universitetlərdən birinin tələbəsi anasını bıçaqlayıb. Bu haqda 9 iyul tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə Ağdam rayonunun Çəmənli kəndində baş verib. Gəncə Dövlət Universitetinin tələbəsi 22 yaşlı Eltun Kərimov Ağdam rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən 48 yaşlı anası, Elnurə Kərimovanı bıçaqlayıb.

Qadın xəstəxanaya yerləşdirilib. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Eltun Kərimov polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Kərimov GDU-nun ikinci kurs tələbəsidir.