16.4 C
Gence
16.4 C
Gence

GDU-nun professoru Özbəkistan Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Azərbaycan Respublikasının Əməkdar rəssamı, Gəncə Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının professoru, pedaqoqika üzrə fəlsəfə doktoru Şaiq Məmmədov Özbəkistan Respublikasının “Turan” Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Bu haqda məlumatı Gencexeber.az bu gün, 22 mart tarixində verir.

Qeyd edək ki, Şaiq Məmmədov 29 may 1956-cı ildə Tovuz rayonunun Samanlıq kəndində anadan olub. 1978-ci ildə ADPU-nun Təsviri incəsənət, rəsmxət və əmək təlimi ixtisasına yiyələnib. 1989-cu ildən GDU-da müəllim kimi fəaliyyət göstərib. 1997-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv seçilib. 2007-ci ildə İlham Əliyevin Sərəncamı ilə xalq sənətinin inkişafında xidmətlərinə görə ona “Əməkdar rəssam” fəxri adı verilib. 2010-cu ildən GDU-nun Təsviri incəsənət kafedrasında professordur.

O, 70-dən çox müxtəlif səviyyəli sərgilərin, sərgi-yarmarkaların və müsabiqə sərgilərinin iştirakçısıdır. Yaradıcılığı haqqında 110-dan çox qəzet, jurnal və kitab məqalələri çap olunub, 40-a qədər televiziya verilişi efirə gedib.

 

Ən Çox Oxunan