10.3 C
Gence
10.3 C
Gence

GDU-nun professor-müəllim heyəti Göygöl Rayon Təhsil şöbəsində olublar

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti Göygölə səfər edib. Bu haqda 30 noyabr tarixində təhsil müəssisəsinə istinadən məlumat veririk.

Onlar Göygöl Rayon Təhsil şöbəsində olublar. Görüşdə Göygöl rayonunun 50–yə yaxın orta ümumtəhsil məktəbinin rəhbər müəllimləri və 500 şagirdi iştirak ediblər.

Tədbirdə Göygöl Rayon Təhsil şöbəsinin müdiri Elnur Qasımov, metodiki bölmənin rəhbəri Afət Ələkbərova, GDU-nun işçi qrupunun üzvləri – dosentlər A.Quliyev, C.Qarayev,  C.Bağırzadə,  E.Atakişiyev, baş müəllim  İ.Haqverdiyev, müəllim M.Babayev və universitetin əməkdaşı S.Piriyevin çıxışları olub. Burada universitetin fakültələri, ixtisasları və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib. Tədris binaları, laboratoriyalar, kitabxanalar, idman zalları və tələbə yataqxanası barədə məlumatlar əyani şəkildə – slayd formasında şagirdlərə göstərilib.

Tədbirdə məktəblilərə universitetin fəaliyyətini əks etdirən bukletlər, qələmlər və blaknotlar təqdim olunub. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Ən Çox Oxunan