5.8 C
Gence
5.8 C
Gence

GDU-nun müəlliminə məxsus maşın qarət edilib

Gəncədə minik avtomobilindən oğurluq edilib. Bu haqda məlumat noyabrın 2-si Gencexeber.az-a daxil olub.

Oğurluq hadisəsi Gəncə Dövlət universitetinin 2-ci korpusunun yanında baş verib. Yolun kənarında parklanmış “Mercedes” markalı avtomobil qarət edilib. Maşının içərisindən müxtəlif əşyaların olduğu torba götürülüb.

Bildirilib ki, avtomobilin sahibi Gəncə Dövlət Universitetinin müəllimidir. O ehtimal edib ki, həmin şəxs götürdüyü torbanın içində pul və ya qiymətli bir şey olduğunu düşünərək oğurluq əməlinə əl atıb.

Hadisəni maşında quraşdırılan arxa görüntülü kamera qeydə alıb. Həmin görüntülər hüquq-mühafizə orqanlarına təqdim edilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Ən Çox Oxunan