Gəncə Dövlət Universitetində fizika, riyaziyyat, informatika müəllimliyi və kompüter elmləri üzrə 61 yer boş qalıb. Bu haqda məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi internet vasitəsi ilə sentyabrın 10-dək aparılacaq.
Qeyd edək ki, Təhsil əyani formadadır.