20.8 C
Gence
20.8 C
Gence

GDU əməkdaşı Mursiya San Antonio Katolika Universitetinə baş çəkib

Gəncədə universitet əməkdaşı İspaniyaya yollanıb. Bu haqda 23 may tarixində GDU-ya istinadən məlumat veririk.

Gəncə Dövlət Universitetinin Xarici Dillər Fakültəsinin əməkdaşı Vüsalə İsgəndərova Erasmus+ KA1 layihəsi çərçivəsində İspaniya Krallığının Mursiya San Antonio Katolika Universitetində (UCAM) olub. O, mübadilə proqramında iştirak edib.

Proqrama 6 ölkənin (Ukrayna, Mərakeş, Fələstin, Niderland, Gürcüstan, Rusiya, Polşa) universitetləri üzrə nümayəndələri qatılıblar. Burada Vüsalə İsgəndərova GDU-nun tədris proqramları və ali təhsil ocağı haqqında geniş təqdimatla çıxış edib.

Bundan başqa, GDU əməkdaşı Mursiya San Antonio Katolika Universitetinin tədris korpusları və təhsil prosesi ilə yaxından tanış olub. Təlimlərdən sonra şəhərin tarixi-mədəni yerləri ziyarət edilib.

Ən Çox Oxunan