14.7 C
Gence
14.7 C
Gence

GDU-da “20 Yanvar – Qan yaddaşımız” adlı tədbir keçirilib

Gəncə Dövlət Universitetində “20 Yanvar – Qan yaddaşımız” adlı tədbir keçirilib. Bu haqda məlumatı Gencexeber.az bu gün, 18 yanvar tarixində Gəncə şəhər İcra hakimiyyətinə istinadən verir.

Tədbirdən öncə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən rəsm və kitab sərgisi nümayiş olunub.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi, professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri tədbirdə bu günün Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri və xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğu vurğulanıb. 20 Yanvar faciəsi xalqımızın mübarizliyini, əzmliyini, məğrurluğunu nümayiş etdirib.

Daha sonra 20 Yanvar faciəsinə həsr olunan sənədli film nümayiş edilib. Tədbirin ədəbi-bədii hissəsi universitetin istedadlı tələbələrinin çıxışları ilə davam edib.

Ən Çox Oxunan