24.8 C
Gence
24.8 C
Gence

Göygöldə Gəncə sakini intihar edib

Gəncə sakininin Göygöl rayonunda meyiti aşkarlanıb. Bu haqda Gencexeber.az 9 noyabr tarixində Report-a istinadən məlumat verir.

Rayonun Topalhəsənli kəndində evlərdən birində üzərində bir neçə xəsarət olan qadın meyiti aşkarlanıb. Aparılan araşdırmalar zamanı, onun Gəncə şəhər sakini, 65 yaşlı E.Niftəliyeva olduğu məlum olub.

Qadın qollarını kəsərək intihar edib. İlkin ehtimallara görə buna səbəb qadının psixoloji sarsıntı keçirməsi olub.

Faktla bağlı araşdırmalar davam edir.

 

Ən Çox Oxunan