Gəncəli idmançı turnirdə zədələnib. Bu haqda 10 noyabr tarixində Cüdo Federasiyasına istinadən məlumat veririk.
Fransanın Monpelye şəhərində böyüklər arasında Avropa çempionatı keçirilib. İlk yarış günündə -60 kiloqram çəkidə mübarizə aparan cüdoçumuz Turan Bayramov Qamzat Zayrbekov ilə qarşılaşmada zədələnib. O, buna baxmayaraq, görüşlərinə davam edib.
Yarışdan sonra müayinələr aparılıb. Nəticədə Turanın zədəsinin ciddi olduğu ortaya çıxıb və o, yaxın 8 həftə ərzində müalicə-bərpa mərhələsini keçəcək.
Cüdoçumuz milli yığmanın tibbi heyətinin qərarına əsasən, 12 noyabrdan etibarən Yaponiyada keçiriləcək təlim-məşq toplanışında və 2-3 dekabrda keçiriləcək Böyük Dəbilqə turnirində iştirak edəcək heyətdən çıxarılıb.
Turanın müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün müvafiq tədbirlər görülür.