Gəncədə məktəblilərin mükafatlandırma mərasimi keçirilib. Bu haqda məlumat iyulun 19-u sosial şəbəkələrdə paylaşılıb.
Təhsil Nazirliyi tərəfindən Respublika üzrə ümümtəhsil məktəbliləri arasında “Könlüm keçir Qarabağdan” adlı incəsənət müsabiqəsi təşkil edilmişdir.
Nəticədə Gəncə Uşaq-Gənclər İnkişaf Mərkəzinin aşağıda adları qeyd edilən gəncləri nazirliyin Fəxri fərmanı və hədiyyələri ilə mükafatlandırılıblar:
- Toxuculuq dərnəyinin üzvü Aytac Bayramova, 1-ci yer;
- Xalçaçılıq dərnəyinin üzvü Zəhra Qəhrəmanova, 1-ci yer;
- Bacarıqlı əllər dərnəyinin üzvü Sara Şamilova, 2-ci yer.