24.7 C
Gence
24.7 C
Gence

Gənclər və İdman Nazirliyi idman afişasını açıqlayıb

Gəncədə bu həftə keçiriləcək idman tədbirlərinin siyahısı paylaşılıb. Bu haqda 8 may tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.

Gənclər və İdman Nazirliyi 8-14 may tarixləri üçün tədbir planını paylaşıb. Cədvəldə aşağıdakı yarışlar yer alıb:

  • Azərbaycan çempionu Elnur Alıyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə yeniyetmə və kiçikyaşlılar arasında açıq birincilik – 8 may saat 10:00 (Olimpiya İdman Kompleksi);
  • “Heydər Əliyev İli”nə həsr olunmuş veloyürüş – 10 may saat 15:00 (Heydər Əliyev Park Kompleksi);
  • “Heydər Əliyev İli”nə həsr olunmuş sürətli şahmat turniri – 8-10 may saat 10:00 (2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
  • “Heydər Əliyev İli”nə həsr olunmuş fiziki tərbiyə müəllimləri arasında voleybol yarışı – 11 may saat 15:00 (39 saylı tam orta məktəb).

Ən Çox Oxunan