Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi mükafatlandırlıb. Bu haqda 20 oktyabr tarixində Gencexeber.az idarəyə istinadən məlumat verir.
GİBİ-nin rəisi Həmid Nəsirov “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı ilə görüşüb. İB tərəfindən Həmid Nəsirov gənclərin təşəbbüslərinin dəstəklənməsinə və dövlət gənclər siyasətinin uğurla icrasına verdiyi töhfələrə görə, “Gənclərin Dostu” Milli Mükafatı Fəxri Diplomu ilə təltif edilib.
Görüş zamanı Fərid Şahbazlı yaradılan şəraitə və gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə, Şəhər İcra Hakimiyyətinə öz təşəkkürünü bildirib və Birliyin gənclərlə apardığı işlər barədə məlumat verib.