25.8 C
Gence
25.8 C
Gence

Gənclər və İdman Baş İdarəsinin əməkdaşı mükafatlandırılıb

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşının yubileyi qeyd edilib. Bu haqda Gencexeber.az 24 oktyabr tarixində məlumat verir.

İdarənin baş mühasibi Tamara Hüseynovanın 60 yaşı tamam olur. Bu münasibətlə Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirovun, kollektivin və Gənclər Evinin işçilərinin iştirakı ilə dəyirmi masa ətrafında yığıncaq təşkil olunub.

Sonda Tamara Hüseynova Dövlət qulluğunda uzun müddət və səmərəli fəaliyyətinə görə “Fəxri Fərman”la təltif edilib.

 

Ən Çox Oxunan