Gəncədə 1 aylıq ödənişsiz təlimlər keçiriləcək. Bu haqda Gencexeber.az 14 oktyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
“Karyera Planlaması” təlimində özünüinkişaf VİSA, əmək bazarı və gələcəyin işi, məqsədlər, təqdimat bacarıqları, iş axtarışı, rezüme, büdcə idarəsi, müsahibə, tənqidi təfəkkür, ünsiyyət bacarıqları, qərarvermə bacarıqları haqda məlumat veriləcək.
Təlimdə 30 nəfər 17-24 yaş aralığında gənc iştirak edəcək. Qeydiyyatdan keçmək üçün son müraciət tarixi 29.10.2022-ci ildir.