Gəncədə “The world in 2050” adlı film nümayiş olunacaq. Bu haqda Gencexeber.az 26 oktyabr tarixində “Gənclər Evi”nə istinadən xəbər verir.
“Kinomaniya” layihəsi çərçivəsində nümayiş olunan filmi oktyabrın 28-i saat 14:30-da izləmək mümkündür. İştirak sərbəstdir. Təsdiq üçün sadəcə “Gənclər Evi” səhifəsindəki paylaşımın rəy bölməsinə “+” qoymağınız kifayətdir.
Əlaqə nömrəsi: (022) 264-01-53.
Ünvan: 28 May küçəsi, 34 (Heydər Əliyev Parkı) Gənclər Evi.