Gəncədə “Peşəkar İnkişaf Proqramı” keçiriləcək. Bu haqda məlumat 25 oktyabr tarixində platformaya istinadən paylaşılıb.
Proqram 2 ay müddətində tədris ediləcək. Gənclər fiziki təlimlər, məşğələlər, praktik tapşırıqlar, aktiv iş axtarışı, tədbirlərin təşkili, müxtəlif mövzularda təqdimatlar, şirkət nümayəndələri ilə görüşlər kimi bir çox fəaliyyətlərdə iştirak edəcəklər.
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:
- 30 yaşı tamam olmamış;
- Orta və ya ali ixtisas təhsilli məzunlar;
- Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər.
Qeydiyyat üçün son tarix oktyabrın 26-dır. İştirak etmək istəyən şəxslər link-ə keçid edə bilərlər:
“Peşəkar İnkişaf Proqramı”nda iştirak tamamilə ödənişsizdir.