25.6 C
Gence
19.5 C
Ganja

Gəncəyə 37 milyon manat məbləğində vəsait yönəldilib

Şəhərə yönəldilmiş investisiyaların həcmi bəlli olub. Bu haqda məlumatı avqustun 8-i Gancapost.info-ya istinadən veririk.

Gəncə Şəhər Statistika İdarəsi Gəncə şəhərində əsas kapitala yönəldilmiş investisiyaların vəziyyəti haqqında məlumatları açıqlayıb. Göstəricilər 2022-ci ilin yanvar-iyun aylarına aiddir.

Əsas kapitala 37 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitlər aşağıda göstərilmiş istiqamətlərə sərf olunmuşdur:

  • 5,7 milyon manat (15,4 faizi) məhsul istehsalı sahələri;
  • 26,3 milyon manat (71,1 faizi) xidmət sahələri;
  • 5,0 milyon (13,5 faizi) yaşayış evlərinin tikintisi.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 55,6 faizi dövlət, 44,4 faizi isə qeyri-dövlət sektorunun payına düşür.