24.1 C
Gence
24.1 C
Gence

Gəncə xanlığına məxsus bayraqlar bərpa olunur

Gəncədə qədim bayraqlar bərpa olunur. Bu haqda 16 fevral tarixində Cavad xan Tarix və Mədəniyyət Fondu məlumat paylaşıb.

Paylaşımda qeyd olunub ki, əldə olunan beş bayrağın vizual bərpa prosesi tamamlanmaq üzrədir. İşlər bitdikdən sonra bayraqların hazırlanması olacaq. Sonda təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Rusiya çar qoşunları Gəncə xanlığını işğal edən zaman 9 bayrağı qənimət kimi götürmüşdür. Hazırda onlardan yalnız 5-in yeri dəqiqliklə məlumdur.

Ən Çox Oxunan