25.6 C
Gence
20.5 C
Ganja

“Gəncə xalça kombinatı” yenidən fəaliyyətə başlayacaq

Gəncədə yerləşən müəssisənin yenidən fəaliyyətə başlaması istiqamətində tədbirlər görülür. Bu haqda məlumatı iyulun 16-sı Marja-ya istinadən veririk.

“Azərbaycan Sənaye Korporasiyası” ASC müəssisələrə investisiyalar cəlb etməklə özəlləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, “Gəncə xalça kombinatı”nın öz profili üzrə fəaliyyətinin dirçəldilməsi və inkişafı ilə bağlı investisiya layihəsinin həyata keçirilməsi məqsədilə hazırlıq işləri gedir və yekun mərhələdədir.