16.9 C
Gence
12.5 C
Ganja

“Gəncə” VK-nın kapitanı dəyişib

Gəncə təmsilçisində yeni təyinat olub. Bu haqda 7 noyabr tarixində voleybol klubuna istinadən məlumat veririk.

“Gəncə” VK-nın kapitanı dəyişib. Təmsilçimizi Azərbaycan Yüksək Liqasının oyunlarına millimizin üzvü Leyla Parşkova çıxaracaq.

Ondan öncə komandanın kapitanı yığmamızın digər üzvü Nərmin Fərəcova idi. O, bir neçə gün əvvəl voleybol klubu ilə yollarını qarşılıqlı razılaşma əsasında ayırıb.

Xatırladaq ki, “Gəncə” VK-ya belaruslu baş məşqçi Sergey Çasnavitski rəhbərlik edir.

Ən Çox Oxunan