Gəncə təmsilçisi yeni məşqçi ilə müqavilə imzalayıb. Bu haqda 30 sentyabr tarixində voleybol klubuna istinadən xəbər veririk.
“Gəncə” voleybol klubu belaruslu mütəxəssis Vladimir Moysieviçlə anlaşıb. Onunla birillik müqavilə imzalanıb. O, Sergey Çasnavitskinin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq. Məşqçi beynəlxalq sertifikata malikdir. Həmçinin Belarus millisində çalışıb.
Qeyd edək ki, qadın voleybolçulardan ibarət komandamıza yeni idmançıların cəlb olunması davam edir. Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberova heyətimizə qatılıblar.