27.5 C
Gence
27.5 C
Gence

Gəncə terrorunun qurbanı olan qız tələbə adını qazanıb

Gəncə terrorunda zərərçəkən qız universitetə qəbul olub.

Ermənistanın Gəncəyə atdığı raket nəticəsində valideynlərini itirən Sevil Əliyeva, tələbə adını qazanıb. O, Azərbaycan Dövlət Aqrar universitetinin İqtisadiyyat fakültəsində təhsil alacaq.

Qeyd edək ki, Sevil Əliyeva valideynlərini 11 oktyabr 2020-ci il tarixində itirmişdir. Həmin gecə uşaq, qadın, ahıl insanların yaşadığı çoxmənzilli binalarda 9 nəfər həlak olmuşdu, 6-sı uşaq olmaqla 34 nəfər yaralanmışdı. Həmçinin, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəymişdir.

Ən Çox Oxunan