5.8 C
Gence
5.8 C
Gence

Gəncə terrorunun ikinci ildönümünə həsr olunan anım günü baş tutub

Gəncədə “Yaddaşlardan silinməyən Gəncə terroru” başlıqlı anım günü keçirilib. Bu haqda Gencexeber.az 18 oktyabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.

Gəncə terrorunun ikinci ildönümünə həsr olunan tədbir 24 saylı kitabxana filialında baş tutub. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Kitabxananın müdiri Rahilə Qasımova Vətən müharibəsi zamanı baş verən Gəncə terroru haqqında ətraflı məlumat verib. Burada 24 saylı məktəbin 8-ci sinif şagirdləri iştirak ediblər. Məktəblilər də həmin günlərlə bağlı acı xatirələrini danışıblar. Sonda mövzu ilə bağlı videoçarx nümayiş edilib.

Ən Çox Oxunan