27.5 C
Gence
27.5 C
Gence

Gəncə təmsilçisinin oynayacağı qərb derbisi təxirə salınıb

Gəncədə qərb derbisi təxirə salınıb. Bu haqda “Kəpəz” futbol klubunun rəsmi İnstagram səhifəsində məlumat dərc edilib.

“Kəpəz” və “Turan Tovuz” klublarının baş məşqçilərinin birgə razılığına əsasən oyun fevralın ilk həftəsində baş tutacaq.

Xatırladaq ki, “Kəpəz” yanvarın 22-si “Turan Tovuz”la qarşılaşmalı idi.

Qeyd edək ki, “Kəpəz” Azərbaycan Birinci Divizionu çərçivəsində oynadığı 12 oyunda 22 xal toplayıb. Hal-hazırda klub çempionatda üçüncü yerdə qərarlaşıb.

Ən Çox Oxunan