Gəncəni təmsil edən “Kəpəz” futbol klubu 2 noyabr tarixində növbəti oyununa çıxacaq.
Bakıda keçiriləcək oyunda komandanın rəqibi “Keşlə-2” klubu olacaq. Görüş peşəkar futbol klublarının çıxış etdiyi Azərbaycan Birinci Divizionunun 5-ci tur çərçivəsində baş tutacaq.
Qeyd edək ki, 9 xalla 5-ci yerdə qərarlaşan “Kəpəz” cari mövsümdə məğlub olmayıb.
Daha öncə, gəncəlilərin “Neftçi-2” ilə keçirilən oyunu haqda xəbər vermişdik.