“Kəpəz” Premyer Liqaya hansı baş məşqçi ilə yollanacağını açıqlayıb. Bu haqda məlumatı iyunun 20-si Report-a istinadən veririk.
“Kəpəz” baş məşqçi Yaşar Vahabzadə ilə ötən mövsümün sonunda başa çatan müqavilənin müddəti uzadıb. Gəncə təmsilçisi 62 yaşlı mütəxəssislə 1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Yaşar Vahabzadə son 3 mövsüm komandaya rəhbərlik edir.