Gəncəni təmsil edən “Kəpəz” futbol klubu “Səbail-2″i ilə oyun keçirəcək. Görüş peşəkar futbol klublarının çıxış etdiyi Azərbaycan Birinci Divizionunun 9-cu tur çərçivəsində baş tutacaq.
Gəncəlilər 23 noyabr tarixində qonaq qismində meydana çıxacaqlar. Ötən tur qələbə qazanan komanda xalların sayını 13-ə yüksəldib və hal-hazırda “Sabah-22 ilə birlikdə müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşür.
Qeyd edək ki, klub 2021-2022-ci illər mövsümündə keçirdiyi oyunlarda məğlub olmayıb.