Ege Universitetinin müəllimləri Gəncədə dərslərə başlayıblar. Bu haqda Azərbaycan Dövlət Aqrar universitetinin rəsmi saytında 15 oktyabr tarixində məlumat paylaşılıb.
Ege Universitetindən bir qrup müəllim müvafiq ixtisaslar üzrə tədris aparmaq üçün Aqrar Universitetinə gəlib və yeni tədris ilində dərslərə başlayıblar.
Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında “Anlaşma memorandum”-u imzalanmışdır. Sazişə əsasən, 2020/2021-ci tədris ilindən Türkiyənin Ege Universiteti ilə birgə ikili proqram üzrə “aqronomluq”, “bitki mühafizəsi”, “aqromühəndislik” və “iqtisadiyyat” ixtisasları üzrə kadr hazırlığı aparılır.