Gəncədə yerləşən anbarda yanğın baş verib. Bu haqda məlumat Fövqəladə Hallar Nazirliyinin saytında yerləşdirilib.
Hadisə şəhərinin Kəpəz rayonunda qeydə alınıb. Yanğın ümumi sahəsi 140 kv.m olan ət kombinatının ərazisində yerləşən anbarda başlayıb.
Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələrinin əməkdaşları alovu söndürüblər.