25.5 C
Gence
17.5 C
Ganja

Gəncə SOS Uşaq Kəndində çalışanlar təltif edilib

Gəncədə çalışan 3 ana təltif olunub. Bu haqda 7 iyul tarixində SOS Uşaq Kəndlərinə istinadən məlumat veririk.

Fairmont Hotel Baku-da “Qızıl Üzük” tədbiri təşkil edilib. Mərasim SOS UK-də 10 il fasiləsiz çalışan və uşaqların tərbiyəsinə əvəzsiz qatqısı olan analara həsr olunur. Tədbirdə Gəncə SOS Uşaq Kəndində çalışan 3 ana – Həqiqət Vəliyeva, Təranə Hacıyeva və Tacirə Məmmədova bu üzüklə təltif olunublar.