26.4 C
Gence
26.4 C
Gence

Gəncədə son sutka ərzində daha bir neçə obyekt barəsində müvafiq tədbirlər görülüb

Gəncədə daha üç ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb. Bu haqda Gencexeber.az 30 sentyabr tarixində Report.az-a istinadən xəbər verir.

Şəhər ərazisində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı aşağıda qeyd olunan obyektrərdə qayda pozuntuları aşkarlanıb:

  • Mirzə Şəfi Vazeh küçəsi 135 ünvanında yerləşən, fiziki şəxs Orxan Hümbətova məxsus kafe;
  • A. Kazımov küçəsində yerləşən, fiziki şəxs Teymur Hacıyevə məxsus kafe;
  • H. Ə. Hüseynzadə küçəsində yerləşən, fiziki şəxs Zemfira Seyidovaya məxsus “Fərman” kafesi.

Qeyd edək ki, məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Daha öncə, fiziki şəxs Ülviyyə Hüseynovaya məxsus kafedə nöqsanlar aşkar olduğu haqda xəbər vermişdik.

Ən Çox Oxunan