25.8 C
Gence
25.8 C
Gence

Gəncə: saxta sənəd hazırlayan tur rəhbərləri məsuliyyətə cəlb olunub

“ƏSR” MMC-nin direktoru Əsgər Bayramovun barəsində məhkəmənin qərarı ilə həbs, “ARKAN TOUR” MMC-nin direktoru Tünzalə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Bu barədə baş prokurorluğun rəsmi saytında bu gün, 30 iyul tarixində məlumat yayılıb.

Əsgər Bayramov və Tünzalə Əliyevaya Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda, rəsmi sənədləri qanunsuz hazırlama və satma və bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri ilə ittiham olunmuşdular.

“ƏSR” və “Arkan Tour” MMC-nin rəhbərliyi barəsində cinayət işi 11 iyun tarixində başlanılıb. Onlar, Gəncədən Sankt Peterburqa uçmaq üçün 101 sərnişinə saxta COVID-19 test nəticələrini ümumilikdə 12.120 manat müqabilində hazırlamaqda şübhəli bilinirdilər. Saxta sənədləri  “Oxygen” və “Leyla Medical Center” klinikalarının adından tərtib etmişdilər.

Saxta COVID-19 testinin nəticəsi verilməsi halları ilə üzləşdikdə “961” nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Ən Çox Oxunan