Gəncə şəhərində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Bu haqda 4 avqust tarixində məlum olub.
Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində şəhər sakini İlham Cəfərov saxlanılıb. Onun evinin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş çətənə bitkiləri aşkarlanaraq götürülüb. Baxış zamanı oradan 66 ədəd ümumi çəkisi 4 kiloqramdan artıq çətənə kolu və 690 qram qurudulmuş marixuana aşkar olunub.
Davam etdirilən əməliyyatlar nəticəsində, Cəfərovun yaşadığı evdən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd istifadəyə yararlı “AK-74” markalı avtomat, 3 ədəd avtomata məxsus daraq, 1 ədəd susdurucu və 1088 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.