24.7 C
Gence
24.7 C
Gence

Gəncə: Samux sakini oğurluq üstündə saxlanılıb

Gəncədə oğurluq edən şəxs saxlanılıb. Bu haqda 4 dekabr tarixində Report-a istinadən məlumat veririk.

Kəpəz rayon Polis idarəsinə mağazalardan birində oğurluq hadisəsinin qeydə alındığı bildirilib. Hadisə yerinə gələn polis əməkdaşları müvafiq tədbirlər görüblər.

Əməliyyatlar zamanı Samux rayon sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Məmmədov saxlanılıb. Onun mağazadan ümumi dəyəri 700 manat olan tütün məmulatları və 110 manat pul oğurladığı aşkarlanıb.

Saxlanılan şəxs istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam edir.

Ən Çox Oxunan