24.1 C
Gence
24.1 C
Gence

Gəncə sakinləri zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar

Gəncədə yeniyetmə qız və gənc oğlan dəm qazından zəhərləniblər. Bu haqda yanvarın 4-ü Oxu.az-a istinadən məlumat veririk.

17 yaşlı Ayşən Orazova və 26 yaşlı Orxan Mərdanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar. Həkimlər xəstələrin dəm qazından zəhərlənmələrini müəyyən ediblər. Zərərçəkənlərin vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hər iki şəxs yaşadığı evdə dəm qazından zəhərləniblər.

Xatırladaq ki, şəhərin Cavad Xan qəsəbəsində qeydə alınan oxşar hadisə haqda məlumat vermişdik.

 

Ən Çox Oxunan