21.4 C
Gence
21.4 C
Gence

Gəncə sakinləri tələbələrə dəstək olmaq üçün maraqlı addım atıblar

Gəncədə bir neçə sakin maraqlı təşəbbüsə əl atıb. Bu haqda Gencexeber.az-a 29 yanvar tarixində məlumat daxil olub.

Bir qrup şəxs Gəncə Dövlət Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin 5 oğlan tələbəsinə təqaüd vermək istəyir. Bu təklif I, II və III kurs tələbələri üçün keçərlidir. Qatılmaq istəyən tələbələr şəxsi məlumatlarını (ad, soyad, ata adı, təvəllüd, tələbə biletinin şəkli və əlaqə nömrəsini) [email protected] elektron ünvanına göndərməlidirlər. Seçilən şəxslərə mart, aprel, may və iyun ayları üzrə 50 manat məbləğində təqaüd veriləcək.

Qeyd edək ki, son müraciət tarixi 11 fevraldır.

Ən Çox Oxunan