Gəncənin Aida İmanquliyeva küçəsində yaşayan sakinləri qazın təzyiqindən şikayət edirlər. Bu haqda Gencexeber.az-ın müxbiri 17 noyabr tarixində məlumat verib.
Sakinlərin sözlərinə görə, gecə saat 02:30 radələrində qaz kəsilmişdir. Səhər saat 8-də isə təchizat zəif təzyiqlə bərpa olunub.
Qeyd edək ki, respublika ərazisində hər il qaz təminatı qış mövsümünə uyğun olaraq artırılır.