21.4 C
Gence
21.4 C
Gence

Gəncə sakinləri narkotik üstündə saxlanılıblar

Gəncədə narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu haqda 8 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində şəhər sakinləri Mahir Musayev, Əlimərdan Abbasov, Samir Sadıqov, Nicat Cəlilov, Asəf Məmmədov və İlham Əmrahlı saxlanılıblar. Baxış keçirilən zaman onların üzərindən heroin, metamfetamin, qurudulmuş marixuana və digər narkotik maddələr aşkarlanıb.

Əlavə olaraq, İlham Əmrahlının İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkədən əlaqə quraraq, ondan bir neçə dəfə narkotik əldə etdiyi məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan