10.3 C
Gence
10.3 C
Gence

Gəncə sakinləri üçün Şuşa turu baş tutacaq

Gəncə və ətraf rayon sakinləri üçün Şuşa turu təşkil olunur. Bu haqda Gencexeber.az-a 1 dekabr tarixində məlumat daxil olub.

Tur 12 dekabr tarixində baş tutacaq. Şuşaya yollanmaq istəyən Gəncə sakinləri təyin olunan gündə saat 7:20-də Yevlax rayonundakı avtovağzalda təşkil edilmiş mikroavtobusa minərək Füzuliyə yola düşəcəklər. Daha sonra Əhmədbəyli kəndində nəqliyyat vasitəsini dəyişib avtobusla Şuşaya yollanacaqlar.

Yevlax – Əhmədbəyli marşrutu üzrə gediş haqqı 20 manat təşkil edir. Şuşa turuna qeydiyyat üçün 15 manat əlavə ödəniş olunur. Beləliklə, səfərin ümumi qiyməti 35 manat təşkil edir.

Turda iştirak üçün vətəndaşlardan COVİD 19 vaksin və ya immunitet məlumatları tələb olunur.

Ətraflı məlumat və qeydiyyat üçün (055) 985 75 09 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.

Ən Çox Oxunan