21.4 C
Gence
21.4 C
Gence

Gəncə sakinləri insan alverinə görə axtarılırlar

Gəncə sakinləri insan alverinə görə axtarılırlar. Bu haqda 29 yanvar tarixində Gancapost.info-ya istinadən məlumat veririk.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi axtarılan şəxslərin siyahısını təqdim edib. Onların arasında iki nəfər Gəncə sakini də var. Həmin şəxslər haqda məlumatı təqdim edirik.

Quliyeva Validə Tahir qızı – 01.11.1964-cü ildə Gəncə şəhərində anadan olub, Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İnsan alveri maddəsi ilə 2012-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Ələkbərova Lalə Vilayət qızı – 13.12.1960-cı ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İnsan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib.

Ən Çox Oxunan