Gəncə sakinləri oğurluq üstündə saxlanılıblar. Bu haqda Gencexeber.az-a 18 aprel tarixində məlumat daxil olub.
Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən, xüsusi texniki vasitələrlə qorunan mağazaların birindən Nərimanov Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Həmin ünvana polis əməkdaşları cəlb ediliblər.
Nəticədə mağazadan oğurluğa cəhd edən iki nəfər – Gəncə şəhər sakinləri Mixail Mirasliçenko və Ruslan Mirasliçenko saxlanılıblar. Hər iki şəxs araşdırma aparılması üçün Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə təhvil veriliblər.