5.8 C
Gence
5.8 C
Gence

Gəncə sakinləri 12.680 manat dəyərində oğurluqda şübhəli bilinirlər

Gəncə şəhər sakinləri 12.680 manat dəyərində oğurluq etməkdə şübhəli bilinirlər. Bu haqda Gencexeber.az 25 oktyabr tarixində DİN-nin mətbuat xidmətinə istinadən məlumat verir.

Samux rayonunun İnstitut qəsəbəsi ərazisində yerləşən zavoddan 12.680 manat dəyərində oğurluğun baş verməsi haqda Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinləri Elnur Məmmədov və Emin Həsənov saxlanılıblar. Onlar 16 ədəd elektrik mühərriki və 4 ton dəmirin oğurlanmasında şübhəli bilinirlər.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan